Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan regionlarının internet infrastrukturunun təkmilləşdirilməsinə 14 milyona yaxın sərmayə cəlb olunub


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi tərəfindən regional telekommunikasiya qovşaqlarının infrastrukturunun genişləndirilməsi üçün NGN avadanlığı alınıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu ilin sonunadək tikinti-montaj işlərinin başa çatdırılması planlaşdırılır.
 
 Ölkənin 10 regionunda yeni avadanlığın quraşdırılması nəticəsində 47 şəhər və rayonunda genişzolaqlı internetin portlarının sayı 100 min artacaq. Həmçinin, 63 kilometr uzunluğunda kabel-kanalizasiya qurğularının tikintisi, 254 km uzunluğunda optik rabitə xəttinin çəkilməsi və 35 min cüt abonent şəbəkəsinin işə salınması nəzərdə tutulur.
 
Telekommunikasiya avadanlığının tədarükçüsü qismində Çinin “Huawei Technologies” və Sloveniyanın “Iskratel” şirkətləri çıxış edir. Layihənin həyata keçirilməsinə Avropa Yenidənqurma və İnkişaf Bankından 13,7 milyon avro həcmində sərmayə cəlb olunub.


Aynur Vəliyeva




04/02/15    Çap et