Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

KTN-də elektron sənəd dövriyyəsinə keçidlə bağlı müzakirə aparılıb


Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində (KTN) struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə icra intizamının möhkəmləndirilməsi, kargüzarlığın aparılması və elektron sənəd dövriyyəsinə keçidlə əlaqədar geniş iclas keçirilib.
 
Nazirlikdən verilən məlumata görə, Aparatın rəhbəri İlham Bayramov kargüzarlığın aparılması və elektron sənəd dövriyyəsinə keçid prosesinin sürətləndirilməsini təmin etmək üçün qarşıda duran vəzifələrdən danışıb.
 
İ.Bayramov mövcud çatışmazlıqların qısa zamanda aradan qaldırılması üçün  müvafiq tapşırıqlar verib.
 
CAHANGİR
 
 




04/02/15    Çap et