Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” öz xidmətini inkişaf etməkdə olan bazarlarda inkişaf etdirmək istəyir


“Financial Times” nəşri yazır ki, “Twitter” mikrobloqlar xidməti Hindistanda məlumat emalı mərkəzi açmağı planlaşdırır.

Ötən ay ABŞ şirkəti “ZipDial” mobil startapını 40 milyon dollara satın alıb və layihənin komandasını Banqalorda yerləşən mərkəzə köçürmək niyyətindədir.

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, bu qərar “Twitter”in öz xidmətini Hindistan və İndoneziya kimi inkişaf etməkdə olan bazarlarda populyarlaşdırmaq istəyi ilə bağlıdır. “EMarketer” analitik şirkətinin məlumatına görə, 2018-ci ilədək Hindistan (40 milyon) “Twitter” üçün ABŞ-dan sonra ikinci ən böyük bazar olacaq.

“Twitter” sosial şəbəkəsi qısa mesajlarla mübadilə üçün mikrobloqlar xidmətidir. Şirkət 2006-cı ildə yaradılıb, xidmətin aktiv istifadəçilərinin aylıq auditoriyası 255 milyon nəfərdir. Şirkətin kapitallaşması 24,88 milyard dollar təşkil edir.

Emil Hüseynov
 




04/02/15    Çap et