Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada ilk “Wi-Fi” qəhvə aparatı ilkin sifariş üçün əlçatan olub
Smartfondan “Wi-Fi” modulu üzrə idarə olunan ilk qəhvə aparatı üçün ilkin sifariş əlçatan olub. Bu qurğunun istehsalçısı olan “Smarter” şirkəti, həmçinin “iKettle” “ağıllı” çaynikini istehsal edib.
Qurğunu Britaniyanın “Firebox” internet mağazasının saytından 150 funt-sterlinqə sifariş etmək olar.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, qurğunun bütün sazlamalarını idarə etmək üçün “Android” və “iOS” smartfonlarının sahibləri üçün əlçatan xüsusi mobil tətbiq quraşdırmaq lazımdır. Tətbiq hazırlanan qəhvənin tündlüyünü və ya lazımi fincanların sayını (bir dəfəyə 12 fincan hazırlamaq olar) nizama salmağa imkan verir.
Qəhvə aparatının prototipi cari ilin yanvarında Las-Veqasda “CES-2015” texnologiya sərgisində nümayiş etdirilib.
Emil Hüseynov
05/02/15 Çap et