Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Maliyyə Nazirliyi İT parkını yeniləyir


Azərbaycan Maliyyə Nazirliyi İT təchizatını təkmilləşdirmək məqsədi ilə İKT sahəsində fəaliyyət göstərən şirkətlərlə danışıqlar aparır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, nazirlik mərkəzi aparatının mövcud olan daxili şəbəkəsi üçün əlavə server, avadanlıqlar və daxili şəbəkəsinin idarə edilməsi üçün lisenziyalı əməliyyat sistemləri və proqram təminatı almaq niyyətindədir.
 
Bu ilin birinci rübünün sonunadək qeyd edilən server, avadanlıq və proqram təminatı təchizatçısı müəyyən ediləcək və bu istiqamətdə işlərə başlanılacaq.
 
Aynur Vəliyeva




05/02/15    Çap et