Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” sistemi üçün yeni tip viruslar aşkarlanıb


“Avast” antivirus şirkətinin hesabatına əsasən, məşhur istehsalçıların rəsmi “Google Play” əlavələr mağazasında olan proqram təminatını yoluxdura bilən yeni tip zərərli proqramlar "Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğu sahibləri üçün təhlükə törədir.

Məsələn, yoluxdurulmuş “Durak” kart oyunu 5-10 milyon dəfə yüklənib.
 
Yoluxdurulmuş proqram təminatı spam bildirişi dərhal yox, əlavə quraşdırıldıqdan təxminən bir ay sonra göndərməyə başlayır.
 
Bildirişlərdə qurğuya zərərli və ya köhnə proqram təminatının quraşdırılması, eləcə də qanunsuz pornoqrafik kontentin yüklənməsi bildirilir, sonradan guya spamları siləcək proqramların quraşdırılması təklif olunur. Lakin əslində istifadəçi özünün də xəbəri olmadan qısa nömrələrə SMS bildirişlər göndərərək şəxsi məlumatlar toplayan daha bir virus yükləyir, - "DailyComm” yazır.




05/02/15    Çap et