Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Çində elektron ticarət bazarının həcminin 1 trilyon dollara çatacağı proqnozlaşdırılır
Çində elektron ticarət bazarının həcminin 2019-cu ilədək mobil qurğular sayəsində 1 trilyon dollaradək artacağı proqnozlaşdırılır.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Forrester”in yeni raportuna əsasən bu artıma səbəb elektron ticarət şirkətlərinin kiçik şəhərlərdə yeni müştərilər cəlb etməyə kömək edən, mobil əlavələr və təkmilləşdirilmiş logistik şəbəkələr olacaq.
Bu, gəlirləri azalmış “Alibaba” kimi şirkətlər üçün çox yaxşı xəbərdir və şirkət gəlirlərinin artımını təmin etmək məqsədi ilə sərmayə qoyuluşu sahəsi kimi maraq doğurub.
Çin 2013-cü ildə satış həcmləri 307 milyard dollaradək artdıqda ən böyük onlayn bazara çevrilib. “Forrester” ötən ilin nəticələrinə əsasən, bu bazarı 440 milyard dollar həcmində dəyərləndirib və bu göstəricinin 19,9 faizədək artaraq 1 trilyon dollara çatacağını proqnozlaşdırıb.
Aynur Vəliyeva
05/02/15 Çap et