Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Millikart” Mobil Nömrə Daşınması xidməti istifadəçilərinin işini asanlaşdırıb


“MilliKart” MMC Mobil Nömrə Daşınması xidmətindən yararlanan kart istifadəçilərinin əməliyyatları haqqında SMS-xəbərdarlıqları fasiləsiz almaları üçün “SMS Banking” xidmətini təkmilləşdirib.
 
MMC-dən verilən məlumata görə, artıq kart sahiblərinin mobil operatoru dəyişdiyi zaman kart əməliyyatlarını təsdiq etmələri üçün birdəfəlik şifr mobil telefon nömrəsinə problemsiz çatdırılacaq. Bunun üçün müştəri “CHANGE OTP” (operator) mesajını 8893 qısa nömrəsinə göndərməlidir.
 
Banklar isə veb interfeys vasitəsilə  “Edit” menyusunda “SMS Channel” dəyişdirməklə müştərilərinin birdəfəlik şifrini almasını təmin edə bilərlər.
 
CAHANGİR
 




05/02/15    Çap et