Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2014-cü ildə “Twitter”in xalis zərəri 578 milyon dollar təşkil edib
2014-cü ilin nəticəsinə görə, “Twitter” mikrobloqlar xidmətinin xalis zərəri 578 milyon dollar təşkil edib.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Twitter”in mədaxili 2013-cü ilin göstəricisi ilə müqayisədə 2 dəfə artaraq 1.4 milyard dollara çatıb.
Həmçinin bildirilib ki, son rübün nəticəsinə görə, aktiv istifadəçilərin aylıq auditoriyası 20 faiz artaraq 288 milyona çatıb.
“Twitter” 2015-ci ildə 2,3-2,35 milyard dollar səviyyəsində mədaxil proqnozlaşdırır.
“Twitter” sosial şəbəkəsi qısa mesajlarla mübadilə üçün mikrobloqlar xidmətidir. Şirkət 2006-cı ildə yaradılıb, xidmətin aktiv istifadəçilərinin aylıq auditoriyası 255 milyon nəfərdir. Şirkətin kapitallaşması 24,88 milyard dollar təşkil edir.
Emil Hüseynov
06/02/15 Çap et