Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

YTTM tərəfindən daha perspektiv tətbiq sahələrinə malik yüksək təmizkarbon nanoborular alınıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində (YTTM) prioritet istiqamətlərdən olan karbon nanotexnologiyası da inkişaf etdirilir.

Mərkəz tərəfindən A-CVD sintez qurğusunu  təkmilləşdirməklə daha perspektiv tətbiq sahələrinə malik10-80 nm diametrli, 650 mkm uzunluqlu yüksək təmizkarbon nanoborular alınıb (şəkil 1,2). Hazırda dünya üzrə aktuallıq kəsb edən belə karbon nanoboruların hərbi sənayedə tətbiq imkanları barəsində Mərkəzdə intensiv tədqiqat işləri aparılır.
 
Alınan karbon nanoborular hazırda hərbi sənayedə müxtəlif məqsədlər üçün (bronjiletlər, aviasiya, pilotsuz uçuş aparatları və s. ) istifadə olunan  çox bahalı və unikal üstün xassələrə malik olan polimer ( Kevlar, Tyaton, Dinima) kimi materialları əvəz etmək iqtidarındadır. Bu da gələcəkdə kompleks  əsgər geyimlərinin və ləvazımatlarının daha yüngül və elastik olmasına imkan verəcəkdir.
 
Karbon nanoboruları əsasında düzəldilən bronjiletlərin üstün xassələri ondan ibarətdir ki, atılan güllənin təsiri nəticəsində karbon nanoborular öz unikal  elastiklik xassələrinə görə deformasiya edərək güllənin kinetik enerjisini azaldıb sürətini minimuma endirir və səthi  əvvəlki formasına qaytararaq bununla gülləni də geri itələyir, nəhayət, əsgərin daha yüngül xəsarət almasını təmin edir.
 
Bu istiqamətlərdə mərkəzdə işlər davam etdirilir və alınan karbon nanoborularının perspektiv istiqamətləri araşdırılır.
 
SEYMUR




06/02/15    Çap et