Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyada işçi heyəti robotlardan ibarət ilk hotel açılacaq



Yaponiyanın “Huis Ten Bosch” tematik parkının rəhbərliyi işçi heyəti yalnız robotlardan ibarət olacaq hotelin yaradılmasını bəyan edib. Layihə “Henn-na Hotel” (Qəribə hotel) adlanır. Park nümayəndələri ilk 72 otağı 2015-ci il iyulun 17-də, bir o qədərini isə 2016-cı ildə istifadəyə verməyi planlaşdırırlar.
 
Qeyd olunur ki, qəbulda qonaqları üç insanabənzər robot qarsılayacaq. Layihə müəllifləri bildiriblər ki, robotlar giriş-çıxışı rəsmiləşdirə və qonaqlarla söhbət edə biləcəklər. Qonaqları otaqlara dörd portyedən biri ötürəcək. Xadimə robotların sayı haqqında məlumat verilmir.
 
“Biz dünyanın ən effektiv hotelini açacağıq”, - “Huis Ten Bosch” prezidenti Hideo Savada deyib. O, min analoji layihənin həyata keçirilməsi ilə planların olmasını qeyd edərək ümidvar olduğunu bildirib ki, robotlar işin 90 faizini görəcək.
 
“Henn-na Hotel” robotlarla yanaşı, hoteldə qalmanı ucuz edəcək daha bir neçə texnoloji həllin tətbiqi nəzərdə tutulur. Üzün tanınması funksiyasına malik qapı kilidləri açarların surətinin çıxarılmasını və yenidən proqramlaşdırılmasını aradan qaldıracaq. Otaqlarda rahatlıq minimal səviyyədə planlaşdırılır, çatışmayan əşyaları planşet vasitəsilə sifariş etmək mümkün olacaq. Bundan əlavə, mehmanxananın damında günəş batareyaları, eləcə də bir sıra enerjiyə qənaətcil qurğular yerləşdiriləcək, - “Lenta www.lenta.ru” yazır. 




06/02/15    Çap et