Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“ULTRA Technologies” “Future Network Development” (FND) ilə yeni uğurlu layihə həyata keçirdi
“ULTRA Technologies” və FND şirkətlərinin birgə təşkilatçılığı nəticəsində Azərbaycanda ilk dəfə tikinti sektorunda dünya təcrübəsinin öyrənilməsi və yeniliklər mövzusunda seminar keçirildi.
Seminara ölkəmizin ən iri dövlət və özəl tikinti-inşaat şirkətləri, neft-qaz sektorunun və dövlət infrastruktur qurumlarının nümayəndələri qatılıblar. FND şirkətinin təsisçisi və icraçı direktoru, layihə menecmentliyi üzrə çoxillik təcrübəyə malik Tekin Güvercin tərəfindən aparılan seminar müddətində seminar iştirakçıları, tikinti sektorunun işinin, infrastruktur layihələrdə pul vəsaitləri axınının daha effektiv idarə edilməsi, yeni texnologiyaların tətbiqi, cədvəlqurma texnikalarından istifadə edərək layihə uğurlarının artırılması mövzusunda maarifləndirici məlumatlara yiyələniblər.
Seminar müddətində Azərbaycanda ilk dəfə olaraq dünya təcrübəsində geniş istifadə olunan TİLOS və ASTA proqramları haqqında geniş məlumat verilib. Təlimçi bildirib ki, TİLOS əsasən xətti tikinti və infrastruktur layihələrinin idarə edilməsi üçün nəzərdə tutulmuş “zaman – məsafə planlaşdırma” əsaslı proqram təminatıdır. Müəssisədə nailiyyətlər, məhdud zaman resursu və layihələrin tez başa çatması üçün TİLOS, layihənin həcm və zaman resursu arasında boşluğu həqiqətən doldurmağa imkan yaradır. Layihəni ekranda əks etdirməklə, onu asanlıqla planlaşdırmağa imkan verən sistem, eyni zamanda, məkan və istehsal baxımından sıralamanı təmin edən kritik yol texnologiyasının “zaman-məsafə” diaqramları tərtib etmək üçün nəzərdə tutulan qrafik interfeysinə malikdir. Tapşırığı adi xətt kimi çəkmək fon rejimində səy göstərməməklə prosesin sürətini müəyyən etmək, iş parametrləri, resursların təyinatı və onların qiymətini hesablamaq deməkdir. Tələbləri hazırlamaq üçün əsas şərtləri dəyişir. Hər hansı fərqləri müəyyənləşdirmək və vurğulamaq üçün baza parametrləri əsasında planlaşmış cədvəli həqiqi cədvəllə müqayisə etməyə imkan verir.
“Yeni planlaşdırma və cədvəlqurma texnikalarından istifadə edərək layihə uğurlarının artırılmasına imkan yaradan ASTA eyni zamanda PP-də kompleks planlaşdırma sistemlərindən sadə və sürətli planlaşdırmaya, risklərin layihə planına inteqrasiya olunmasına, layihə xərclərinin və resursların idarə edilməsinə kömək edir. 4D və Smetaya əsasən planlaşdırmaya nəzarət üçün “ASTA Powerproject” – bina informasiya modelinin mövcudluğu sistemin funksional imkanlarındandır”- deyə T.Güvercin bildirib.
Seminarın sonunda iştirakçılarla Azərbaycanda tikinti sektorunda baş verən problemlər müzakirə olunmuş və Tekin Güvercin tərəfindən xüsusi məsləhətlər verilib.
Seminar iştirakçılarına sertifikatlar təqdim olunub.
RƏVAN
06/02/15 Çap et