Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternetdə fırıldaqçılıq şirkətlərə ildə 92,3 milyon dollar ziyan vurur


Avstraliyanın “CSO” informasiya təhlükəsizliyi şirkətinin nümayəndəsi Mariya Korolovanın aparılmış son tədqiqatın nəticələrinə istinadən verdiyi məlumata görə, internetdə mobil texnologiyalar sahəsində fırıldaqçılıq şirkətlərə hər il 92,3 milyon dollar məbləğində ziyan vurur, eləcə də bir sıra təşkilatlar gəlirinin dörddə bir hissəsini itirir.  
 
Tədqiqatda əksəriyyəti ticarət sahəsini təmsil edən 250 şirkət iştirak edib. Rəyi soruşulanlar arasında həmçinin proqram təminatı istehsalçılarının, bank və maliyyə xidmətlərinin, səhiyyə təşkilatlarının və s. nümayəndələri olub.
 
Mobil texnologiyalar sahəsində əsas fırıldaqçılıq növünə malların oğurlanmış bank kartları ilə alınması, onlayn hesablardan pul vəsaitlərinin oğurlanması, həkim reseptlərinin saxtalaşdırılması və s. daxildir.
 
Tədqiqatçıların məlumatına görə, fırıldaqçılıq tranzaksiyalarının 40 faizi mobil qurğular vasitəsilə həyata keçirilir. Məsələn, bura SMS bildirişlərdən istifadə etməklə fişinq hücumlar daxildir.
 
Həmçinin qeyd olunur ki, autentifikasiya mexanizmlərində şirkətlərin 77 faizi parolların etibarlığına güvənir, 44 faizi nəzarət məsələlərindən istifadə edir, 41 faizi İP ünvanları müəyyən edir, 28 faizi SMS və səsin tanınması sistemlərindən istifadə etməklə autentifikasiya mexanizmlərini tətbiq edir, - "SecurityLab” yazır.
 




06/02/15    Çap et