Dövlət Xəzinədarlıq Agentliyi elektron xidmətlərin göstərilməsi istiqamətində növbəti addımı atıb
Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi istifadəçilərin işini asanlaşdırmaq üçün elektron xidmətlərin göstərilməsi istiqamətində növbəti addımı atıb.
Agentliyin yaydığı məlumata görə, “Asan İmza” Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin Xəzinədarlığın İnformasiya İdarəetmə Portalına inteqrasiya edilib. Belə ki, bu il fevralın 1-dən etibarən “Asan İmza” mobil elektron imza xidməti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin “
https://portal.dxa.gov.az” ünvanında yerləşən Xəzinədarlığın İnformasiya İdarəetmə Portalı vasitəsilə əhalinin istifadəsinə təqdim olunub.
Dövlət Xəzinədarlıq Agentliyi bildirir ki, bundan sonra büdcə təşkilatları xəzinədarlıq orqanına sənədləri elektron üsulla təqdim edərkən göndərilən sənədləri “Asan İmza” mobil elektron imza xidməti vasitəsilə “AsanDoc” proqram təminatında imzalaya və beləliklə də imzalanmış sənədləri Dövlət Xəzinədarlıq Agentliyinə göndərə bilərlər.
Məlumat üçün bildirək ki, istifadəçilərə yardım məqsədilə Xəzinədarlığın İnformasiya İdarəetmə Portalında mobil elektron imza ilə sənədlərin imzalanmasına və portala yüklənməsinə dair müvafiq təlimat və videoçarx yerləşdirilib.
SEYMUR