Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Alibaba” şirkəti “Meizu” smartfonlarının istehsalına 600 milyon dollar sərmayə yatırır
Çinin “Alibaba Group Holding Ltd” mobil qurğular bazarında elektron ticarət nəhəngi kimi imkanlarını genişləndirmək məqsədi ilə yerli “Meizu Technology Co” şirkətinin 590 milyon dollar dəyərində minoritar səhm paketini almaq qərarını alıb.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu işbirliyi “Alibaba” şirkətinə “Meizu” qurğuları vasitəsi ilə özünəməxsus əməliyyat sistemlərini yaymağa imkan verəcək, “Meizu” şirkəti isə öz növbəsində “Alibaba”nın hərrac kanallarına və digər resurslarına çıxış əldə edəcək.
“Alibaba” öncə proqram təminatlarına və servislərə diqqətini yönəltmişdi. Hazırda şirkət artıq “Fire Phone” smartfonlarını istehsal edən rəqibi “Amazon.com Inc” şirkətinə bənzəyir. “Meizu” şirkətinə yatırılan sərmayələr “Alibaba”nın bu yaxınlarda set-top boks kimi aparat vasitələr üzərindən internet-televiziyanın inkişafını təmin etməyə imkan verəcək.
Aynur Vəliyeva
09/02/15 Çap et