Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İspaniyada insanların rəqəmləşdirilməsi üçün 3D skaneri ixtira edilib
İspaniyada yaradılmış sistem bir neçə dəqiqə ərzində insanı üç ölçüdə skaner edə bilər.
"Bu, insanı çox qısa müddətdə skaner edə bilən dünyada ilk belə qurğudur" – “CloneScan3D” şirkətinin nümayəndəsi bildirib.
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, skan etmə 15 saniyə vaxt alır, təsvirin emalına isə əlavə 90 saniyə sərf olunur.
İspaniyalı mühəndislər yeni 3D sisteminin köməyi ilə 318 sakini skaner ediblər. Bildirilib ki, bir neçə gün sonra həmin sakinlərin kiçikölçülü surətləri özlərinə təqdim ediləcək.
Emil Hüseynov
09/02/15 Çap et