Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ünvan Reyestri İnformasiya Sistemi bu ilin sonundan tam fəaliyyət göstərəcək


Bu ilin sonunda Ünvan Reyestri İnformasiya Sistemi artıq ölkə üzrə tam fəaliyyətə başlayacaq.
 
“ICTnews” elektron xəbər xidmətinin xəbərinə görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2014-cü ildə görülmüş işlərə dair hesabatda deyilir.
 
Hesabatda qeyd olunur ki, 1 mart 2014-cü il tarixindən etibarən Ünvan Reyestri İnformasiya Sisteminin Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə 60 küçədə ilkin mərhələdə tətbiqinə başlanılıb. Bu məqsədlə dövlət orqanlarının malik olduqları informasiya sistemləri Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya edilir.
 
Hazırda mövcud ünvanların yeni qaydalarla verilən ünvanlara dəyişdirilməsi prosesi gedir. Mərhələlərlə yeni ünvan sisteminin tətbiq edilməsi və istifadəçilərə çatdırılması təmin olunacaq. İlk olaraq yeni ünvan sistemi Bakı şəhərindən işə salınıb.
 
CAHANGİR




09/02/15    Çap et