Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sinqapurda müştərilərə uçan cihazlar xidmət göstərəcək
Sinqapurda uçan dronlar restoranlar şəbəkəsinin müştərilərinə xidmət göstərir.
Sinqapurda restoranlar şəbəkəsi ofisiantları pilotsuz təyyarələrlə əvəzləyib. Uçan dronlar müştərilərin masalarına içki və qida gətirir.
"ICTnews" elektron xəbər xidməti “tgdaily.ru” saytına istinadən bildirir ki, “Timbre” ölkədə ilk ictimai iaşə mərkəzidir və sifarişlərin qəbulunu sürətləndirmək üçün masalar “iPad” planşetləri ilə təchiz edilib. İndi restoran sahibləri ofisiantların işini pilotsuz qurğulara həvalə ediblər.
Restoranı idarə edən izah edib ki, ölkənin yeni xarici siyasəti ucbatından işçi heyətlə bağlı problem yaranıb. Ofisiantlar həvəssiz işləyir. Nəticə kimi ziyarətçilərə göstərilən xidmətin keyfiyyəti aşağı düşüb.
Nəticədə pilotsuz uçuş aparatlarının yaradılması ilə məşğul olan yerli “Infinium-Serve” startap firması toqquşmaların qarşısının alınması sistemini hazırlayıb və tətbiq edib. İndi dronlar ofisiantların marşrutu ilə hərəkət edərək müştərilərə xidmət göstərir.
Emil Hüseynov
09/02/15 Çap et