Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnformatika” vəsaiti çap olunub


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tələbələr, bakalavrlar, doktorantlar, dissertantlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün “İnformatika” vəsaiti nəşr edib.
 
 
Komissiyadan verilən məlumata görə, informatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur. Bu da qəbula hazırlaşanlara həm öz bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan verəcək.
 
 
Qeyd edək ki, vəsaiti TQDK-nın qarşısındakı “Abituriyent” köşkündən almaq və ya “www.abiturient.az” saytından sifariş etmək olar.
 
 
CAHANGİR
 




09/02/15    Çap et