Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada hakimiyyətin tələbi ilə silinən “Twitter” şərhlərinin sayına görə hansı ölkə liderdir?


“Twitter” şirkətinin informasiya şəffaflığı haqqında son hesabatına əsasən, 2014-cü ilin ikinci rübündə “Twitter” şərhlərinin ləğv edilməsi ilə bağlı ən çox sorğu (90 faiz) Türkiyə hakimiyyətindən daxil olub.

Bu müddət ərzində onların tələbi ilə Türkiyə istifadəçiləri üçün 1,82 milyon “Twitter” şərhinə və 62 akkaunta giriş bloklanıb.
 
Sorğuların sayına görə ikinci yeri Braziliya tutur. Bu ölkə hökumətinin tələbi ilə 101 “Twitter” şərhi silinib. Üçüncü yerdə 19 ləğv edilmiş “Twitter” şərhi ilə Yaponiya yer alıb. Bununla yanaşı, Türkiyə istifadəçilər haqqında informasiyanın verilməsi üçün müraciətlərin sayına görə ABŞ-dan sonra ikinci yeri tutur. Türkiyə hakimiyyəti “Twitter”-ə istifadəçilər haqqında məlumatın verilməsi üçün 356 dəfə, ABŞ hökuməti 1622 dəfə müraciət edib, - "NEWSru” yazır.   
 




09/02/15    Çap et