Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu vaxtında müqavilələrini təqdim etməyən layihə müəllifləri ilə müqavilə imzalamayacaq


Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 2-ci qrant müsabiqəsinin qalibləri ilə müqavilə imzalamağa hazırlaşır.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, fevralın 12-də 2-ci qrant müsabiqəsinin qalibləri müqavilə sənədlərini təqdim etməlidirlər.
 
Fondun yaydığı elanda bildirilir ki, müsabiqənin qalibləri göstərilən tarixdə müqavilələrini təqdim etmədikləri halda layihə müəllifləri ilə müqavilə bağlanılmayacaq.
 
İnnovativ İKT xidmətlərinin və məhsullarının hazırlanması (tətbiq sahələri: e-ticarət, e-xidmətlər, mobil həllər, istehsal yönümlü yeni məhsullar və texnologiyalar, xidmətlər) mövzusunda keçirilən 2-ci qrant müsabiqəsi çərçivəsində 129 layihə qəbul olunub. 
Müşahidə Şurası tərəfindən 30 layihənin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilib.
Qaliblər arasında "AZE_DataMiner", "tacirlink.az", "SoSmart", "MUZEYCARD", "Sizinmarket.az", "e-Hesabat", "investbaku.az", "Mobil oyunun hazırlanması", "Azərbaycanda Virtual server VPS/VDS" – Serverlərin icarəsi xidməti VPS/VDS (Virtual Private Server/ Virtual Dedicatd Server), "Online Kurs Sistemi", "Shopera.az", "Bakı şəhərinin CİS əsaslı elektron xəritəsinin veb və mobil xidmətlərinin yaradılması", "Məsafədən idarə olunan çoxfunksionallı smart qurğu", "Kitab-app", "GeoSatLink", "D-təhsil", "StayTuned.az", "Milli tədris resursları portalı", "Whatto", "Trafikin optimal idarə olunması", "SeSViD", "Getonline.az", "OPERA", "EduPort", "Yolçu", "İ.İ.S. İnteqrasiya İnformasiya Sistemi", "Xərcim.az", "AzeriTour Soft", "Findout", "HavaNet" layihələrini qeyd etmək olar.

Ümumilikdə layihələrin həyata keçirilməsinə 300 min manatdan yuxarı vəsait ayrılıb.
 
Aynur Vəliyeva
 




09/02/15    Çap et