Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağıllı” televizorlar istifadəçiləri dinləyir?!


“Smart TV” funksiyasına malik son nəsil televizorlar istifadəçilərin danışığını ötürə bilir. Səsli idarəetmə üçün tətbiq edilən mikrofonlar  fərdi informasiyanı kənar xidmətlərə ötürə bilər.

"ICTnews" elektron xəbər xidməti “dni.ru” saytına istinadən bildirir ki, “Smart TV” funksiyasına malik televizor sahiblərindən biri istifadəçi razılaşmasında belə bənd aşkar edib ki, qurğu mikrofonla eşidilmiş bütün məlumatı kənar xidmətə ötürə bilər.

Bu, “Samsung” televizoru ilə bağlı istifadəçi razılaşmasında deyilir.

"Nəzərə alın: əgər siz fərdi informasiya və ya istənilən başqa məxfi informasiyadan ibarət mətni səsləndirirsinizsə, o zaman səsin tanınması xidmətindən istifadə zamanı kənar xidmətə ötürülə bilər" – “TheDailyBeast” nəşri müqavilənin mətnini göstərib.

Emil Hüseynov
 
 
 




09/02/15    Çap et