Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
I Avropa Oyunlarına qədər 95 minə yaxın POS-terminal quraşdırılacaq
Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Azərbaycana gələcək xarici qonaqlar tərəfindən aparılacaq alış-verişlərin və ödəmələrin asanlaşdırılması məqsədi ilə POS-terminalların sayının artırılması gözlənilir.
Artıq Vergilər Nazirliyi müvafiq banklarla, o cümlədən Mərkəzi Bankla birgə ölkə üzrə quraşdırılan POS-terminalların sayının artırılması istiqamətində müvafiq işlər həyata keçirilir.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə jurnalistlərə vergilər naziri Fazil Məmmədov açıqlama verib. Nazirin sözlərinə görə, hazırda insanların istifadəsinə təqdim edilən POS-terminalların sayı gözlənilən kütləvi turist axınının qarşısında az görünür. Onun sözlərinə görə, idman yarışları ərəfəsində əməliyyatların yubanmaması üçün indidən tədbirlər görülməlidir və görülməkdədir:
“Əgər 2013-cü ilin yekunlarına görə, Azərbaycanda 38 minə yaxın POS-terminal var idisə, hazırda respublika üzrə 82 min quraşdırılmış və aktiv fəaliyyətdə olan POS-terminal var. Hədəfimiz isə I Avropa Oyunlarına qədər 95 minə yaxın POS-terminal quraşdırmaqdır".
SEYMUR
09/02/15 Çap et