Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məlumat Hesablama Mərkəzi kommunal xidmət təchizatçılarının abunəçilərinin fərdi məlumatlarının eyniləşdirilməsi istiqamətində işlər aparır
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi dövlət qurumlarına və özəl müəssisələrə onlara məxsus olan informasiya sistemlərinin Fərdi İdentifikasiya Nömrələrinə (FİN) uyğunlaşdırılması və bu prosesin sürətləndirilməsi istiqamətində tədbirlər görür.
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, hazırda MHM tərəfindən "Azərsu", "Azəristiliktəchizat", "Azəriqaz", "Bakıelektrikşəbəkə" mülkiyyətlərində olan informasiya sistemlərində abunəçilər haqda fərdi məlumatları "Giriş-cıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemindəki məlumatlarla eyniləşdirərək FİN-ə uyğunlaşdırılması istiqamətində müvafiq işlər aparır.
Qeyd edilən istiqamətdə mobil operatorlarla da əməkdaşlıq edilir.
Aynur Vəliyeva
09/02/15 Çap et