Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Müasir avtomobillər haker hücumlarına dayanıqsızdır
ABŞ-da dərc edilmiş tədqiqata əsasən, internetə çıxışa malik bütün avtomobillər haker hücumlarına qarşı dayanıqsızdır. Həmçinin belə avtomobillər öz sahibinin bütün hərəkəti haqda fərdi informasiya ötürür.
Tədqiqatda bildirilir ki, avtomobil istehsalçılarının böyük əksəriyyəti öz maşınlarındakı "ağıllı" sistemlərin informasiya təhlükəsizliyindəki boşluqların axtarışı və düzəldilməsi ilə məşğul olmur. "Sürücülər yeni texnologiyalara etibar edirlər, amma təəssüf ki, avtomobil istehsalçıları istifadəçiləri kiberhücumlardan və məxfiliyin pozulmasından qorumaq üçün heç bir addım atmırlar" – senator-demokrat Ed Marki deyib.
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, senator avtomobil istehsalçılarını, həmçinin sürücülər haqda fərdi informasiya toplamaqda və istifadə etməkdə ittiham edib. Marki deyib ki, şirkətlər sürücülərdən xəbərsiz avtomobillərin hərəkəti haqda informasiya toplayır.
Emil Hüseynov
10/02/15 Çap et