Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistan “Internet.org” proqramına giriş əldə edib


Hindistan “Facebook” və “Reliance Communications” mobil rabitə operatorunun köməyi ilə “Internet.org” proqramına giriş əldə etmiş növbəti ölkə olub.

Hazırda Hindistanda “Wi-Fi” modulunun köməyi ilə “Internet.org” saytına qoşulma zamanı aşağıdakı mesaj göstərilir: "Internet.org-dan istifadə üçün “Reliance” şəbəkəsinə qoşulmalısınız. Əgər siz bu saytlara pulsuz giriş əldə etmək istəyirsinizsə, “Reliance” operatorunun “SİM” kartından istifadə edin".
“Reliance Communications” – Hindistanda aylıq 16 rupiyə (0,26 dollar) “WhatsApp” və “Facebook”dan qeyri-məhdud istifadə təklif edən ilk mobil rabitə operatorudur.

1 ay əvvəl “Facebook” Kolumbiyada “Internet.org” proqramını işə salıb.

Mark Sukerberq ilk dəfə 2013-cü ilin avqustunda belə təşəbbüsü elan edib.

“Internet.org” – bu, texnologiya sahəsinin liderləri, qeyri-kommersiya təşkilatları, yerli cəmiyyətlər və ekspertlər arasında qlobal əməkdaşlıqdır. Onlar dünya əhalisinin üçdə iki hissəsinin internetə çıxışını təmin etmək üçün səylərini birləşdirirlər. Müxtəlif resurslar, qabaqcıl təcrübə və müxtəlif alətlərlə mübadilə edən “Internet.org” proqramının tərəfdaşları 3 əsas inkişaf sahəsi üçün həll axtarırlar: əlçatanlıq, səmərəlilik, biznes modelləri.

Emil Hüseynov
 




10/02/15    Çap et