Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalında tibbi müayinə kartını sifariş etmək mümkündür


Vətəndaşlar “Elektron hökumət” portalı üzərindən tibbi müayinə kartını onlayn sifariş edə bilərlər.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Səhiyyə Nazirliyinin “Tibbi müayinə kartının onlayn sifarişi” xidməti portala inteqrasiya edilib.
 
Sözügedən xidmət müxtəlif sahələrdə çalışan və işə qəbul edilərkən və ya sonradan dövri  tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlar tərəfindən, onların tibbi müayinədən keçmələri barədə məlumatı özündə saxlayan tibbi müayinə kartlarının onlayn sifarişini və bu sifariş əsasında tibbi müayinə kartlarının əldə edilməsini əhatə edir.
 
CAHANGİR
 
 
 
 




10/02/15    Çap et