Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
RYTN I Avropa Oyunlarını telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təmin etmək üçün tədbirlər görür
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 2015-ci ildə rabitə və yüksək texnologiyalar göstəricilərinin yaxşılaşdırılması üzrə Tədbirlər Planında “Bakı 2015” Avropa Oyunları ilə əlaqədar bir sıra işlərin görülməsi planlaşdırılır.
Bu ilin I rübü ərzində I Avropa Oyunlarını telekommunikasiya xidmətləri ilə təmin etmək üçün lazımi tədbirlərin görülməsinin yekunlaşdırılması nəzərdə tutulur.
I Avropa Oyunları zamanı tezliklərin maneəsiz işləməsinin təmin edilməsi, ölkəyə gətirilən radioelektron vasitələrin yoxlanılması, qeydiyyatı və radiomonitorinq avadanlıqlarının alınması üzrə tədbirlərin həyata keçirilməsi də Tədbirlər Planında yer alıb.
Bundan əlavə, I Avropa Oyunlarına qədər Bakı və Mingəçevir şəhərlərində yerləşən poçt şöbəsi binaları cari və əsaslı təmir olunacaq.
CAHANGİR
11/02/15 Çap et