Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən bahalı şirkəti hansıdır?


"Nasdaq" birjasının məlumatına görə, "Apple" şirkətinin kapitallaşması 700 milyard dolları ötüb və hazırda dünyanın ən bahalı şirkətidir.

Çərşənbə axşamı hərracın bağlanması zamanı "Apple"ın səhmlərinin dəyəri 122,02 dollar təşkil edib. Bu, onun bazar kapitallaşmasını 710,7 milyard dollar məbləğində qiymətləndirməyə imkan verir. İndiyədək ABŞ-ın heç bir ictimai şirkəti 700 milyard dollar kapitallaşmasını ötməyib.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Apple"ın kapitallaşması "Google"u təxminən 2 dəfə, "McDonald's"ı 8 dəfə və "Twitter" mikrobloqlar xidmətini 24 dəfə qabaqlayır.
1980-ci ilin dekabrında "Apple"ın səhmlərinin birjada ilkin ictimai yerləşdirilməsindən etibarən şirkətin bazar qiyməti 50600 faiz dəfə artıb.

Emil Hüseynov
 




11/02/15    Çap et