Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu il Azərbaycanda peyk xidmətləri üzrə hansı işlər görüləcək?


Bu il Azərbaycan Respublikasının xarici ölkələrdə yerləşən diplomatik nümayəndəlikləri və Azərbaycan Xarici İşlər Nazirliyi arasında məlumat mübadiləsinin keyfiyyətini yüksəltmək üçün “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə səfirlik və konsulluqlar peyk rabitəsi ilə təchiz ediləcək.

Bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 2015-ci ildə rabitə və yüksək texnologiyalar göstəricilərininyaxşılaşdırılması üzrə Tədbirlər Planında peyk xidmətləri üzrə görüləcək işlər sırasında yer alıb.

Bununla yanaşı, Tədbirlər Planında “Azerspace-1” peykinin tutumunun satışı üzrə tədbirlərin görülməsi, “Azerspace-2” telekommunikasiya peykinin orbitə çıxarılması üzrə müvafiq müqavilələrin bağlanması, “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində peykin idarə edilməsi və xidmətlərin göstərilməsininetibarlılığını artırmaq üçün alternativ elektrik enerjisi xəttinin çəkilməsi, həmçinin “Azersky” müşahidə peykinin yerüstü sisteminin 1-ci mərhələsinin istifadəyə verilməsi məsələləri əksini tapıb.

CAHANGİR




11/02/15    Çap et