Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google SketchUp” proqramında ən yaxşı 3D modeli” müsabiqəsinə qeydiyyat aparılır


"Google SketchUp" proqramında ən yaxşı 3D modeli" müsabiqəsinə qeydiyyat  başlayıb.
 
Müsabiqə fevralın 28-də saat 10:00-da Bakı şəhəri, 283 saylı məktəbdə təşkil olunacaq. Təşkilat Komitəsindən bildirilib ki, Bakı və Sumqayıt məktəbliləri üçün nəzərdə tutulan müsabiqə VIII sinif şagirdləri arasında baş tutacaq.
 
Müsabiqə şərtlərinə görə, iştirakçılardan müsabiqənin 1,5 saat ərzində fotoşəkildə göstərilmiş obyektin "3D" modelinin hazırlanması tələb olunur. Müsabiqəyə təqdim edilən işlər ekspertlər tərəfindən qiymətləndirilir.
 
Seçim meyarlarına modelin orijinala uyğunluğu, xarici görünüş, minimum hazır komponentlərdən istifadə kimi şərtlər daxildir.
 
 
Həqiqət İSABALAYEVA




11/02/15    Çap et