Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda rəqəmli TV yayımı ilə bağlı siqnalın olmadığı yerlər müəyyən olunacaq


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2015-ci ildə radio və TV yayımının keyfiyyətinin daha da artırılması, eləcə də radiotezliklərdən istifadə üzrə bir sıra işlər görəcək.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu ilin I yarımilliyi ərzində respublika əhalisinin rəqəmli TV  yayımı ilə tam əhatə olunması məqsədilə siqnalın olmadığı yerlərin müəyyənləşdirilməsi üçün radiomonitorinq həyata keçiriləcək və az güclü rəqəmli vericilər quraşdırılacaq.
 
Bununla yanaşı, rəqəmli TV yayım şəbəkəsinin dayanıqlığının təmin edilməsi üçün analoq TV yayımı dayandırıldıqdan sonra ehtiyat rəqəmli verici kimi istifadə edilməsi nəzərdə tutulur.
 
Efir qəbulu ilə işləyən bütün stansiyalarda qəbul siqnallarının “Azerspace” peykindən qəbulu təşkil ediləcək. Həmçinin Lənkəran DVB-T yayımı üçün efirə nəzarət monitorinq sistemi quraşdırılacaq.
 
I yarımilliyin sonuna qədər TV və radio proqramlarının dayanıqlığına (dayanmalara) nəzarət sistemi istismara verilməsi planlaşdırılır.
 
I yarımillikdə radiorabitə vasitələrinin inventarizasiyası aparılacaq, II yarımillikdə isə inventarizasiyanın nəticələrinə uyğun tədbirlər görüləcək.
 
İlin sonuna qədər rəqəmli TV və radio yayım texnologiyasının inkişafı nəzərə alınaraq yeni milli standartlar (HDTV, rəqəmli radioyayım) hazırlanacaq.
 
İl ərzində radioelektron vasitələrin (REV) texniki parametrlərinin yoxlanılması məqsədilə laboratoriyanın yaradılması üzrə tədbirlər davam etdiriləcək.

CAHANGİR




11/02/15    Çap et