Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda bu il informasiya təhlükəsizliyi laboratoriyaları yaradılacaq


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) bu il informasiya təhlükəsizliyi üzrə laboratoriyalar yaradacaq. Bu laboratoriyaların yaradılması kibertəhlükələrin analizi, yeni yaranan kiberhücum metodlarının reallaşdırılması və onlara qarşı müdafiə üsullarının tədqiqi, şəbəkə avadanlıqlarının, həmçinin proqram təminatlarının təhlükəsizlik testi məqsədi daşıyır.

Eyni zamanda, ölkənin ümumi kibertəhlükəsizlik səviyyəsini yüksəltmək üçün sahə üzrə mütəxəssislərin potensialı artırılacaq.

RYTN həmçinin bu il ərzində kibertəhlükəsizlik üzrə yerli və beynəlxalq qanunvericilik bazasının araşdırılması, beynəlxalq təcrübə əsasında yerli normativ hüquqi aktların təkmilləşdirilməsini planlaşdırır.

Bütün bunlarla yanaşı, kibertəhlükəsizlik üzrə beynəlxalq standartlar araşdırılacaq və milli standartlar onlara uyğunlaşdırılacaq.

CAHANGİR
 
 




11/02/15    Çap et