Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Kyocera” Avropanın smartfon bazarına çıxıb


Yaxın vaxtlara kimi "Kyocera" smartfonları rəsmən Yaponiya, ABŞ-da və bəzi başqa ölkələrdə təqdim edilmişdi. İndi yapon istehsalçısının mobil məhsulu Avropaya çatıb.

"Kyocera" şirkəti Avropa bazarında "Torque" təhlükəsiz telefon modeli ilə öz fəaliyyətinə başlayıb.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, yeni aparat 1280x720 piksel təsvir ölçülü 4,5 düymlük sensor ekran, 1.4 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon MSM8928" prosessoru ilə təchiz olunub. Xüsusi texnologiya ekrana yaş barmaqların və əlcəklə toxunuşlarına reaksiya verməyə imkan verir. Aparata "Android" mobil əməliyyat sisteminin "4.4 KitKat" versiyası quraşdırılıb.

Cihaz, həmçinin 2 QB əməli və 16 QB daxili yaddaş ("microSD" yaddaş kartları üçün slot quraşdırılıb), "Wi-Fi a/b/g/n/ac", "Bluetooth 4.0" və "NFC" simsiz rabitə modulları, 2 kamera (müvafiq olaraq 8 və 2 meqapiksel) və 3100 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib.
Aparatın çəkisi 182 qramdır, korpusunun qalınlığı 13,5 mm təşkil edir.

"Kyocera" şirkəti "Torque" aparatını cari il martın əvvəlində keçiriləcək "MWC 2015" sərgisində nümayiş etdirmək niyyətindədir. Ehtimal ki, bu tədbirdə smartfonun dəyəri və satışa çıxarılma tarixi açıqlanacaq.

Emil Hüseynov
 
 




11/02/15    Çap et