Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yanvar ayında mobil cihazların “Elektron hökumət” portalı üzərindən qeydiyyatı ilə bağlı 60 minə yaxın müraciət qeydə alınıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Mobil cihazların qeydiyyatdan keçirilməsi” elektron xidməti mobil cihazlarını qeydiyyatdan keçirənlərin işini asanlaşdırıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, yanvar ayında “Elektron hökumət” portalı vasitəsilə sözügedən e-xidmətdən 59455 dəfə istifadə olunub.
 
Qeyd edək ki, sözügedən xidmət vasitəsilə mobil cihazların qeydiyyatdan keçirilməsi və rüsumun onlayn qaydada ödənilməsi mümkündür.
 
CAHANGİR
 




11/02/15    Çap et