Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Londonda “iPhone” smartfonlarının oğurlanması halları 50 faiz azalıb


ABŞ Federal Rabitə Komissiyasının məlumatına görə, “Apple” şirkətinin oğrularla mübarizə tədbirləri müsbət nəticə verib.

"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, tənzimləyici orqanın məlumatına görə, Nyu-Yorkda “Apple” smartfonlarının oğurlanması ilə bağlı cinayətlərin kəskin azalması qeydə alınıb. Hüquq mühafizə orqanlarının məlumatına görə, oğurlanmış “iPhone” smartfonlarının sayı 25 faiz azalıb. San-Fransisko polisi, həmçinin müvafiq dinamikanı qeydə alıb: “Activation Lock” funksiyasının tətbiqindən 6 ay sonra “iPhone” qurğularının oğurlanma sayı 40 faiz azalıb. Londonda isə bu göstərici 50 faiz azalıb.

“iOS” əməliyyat sisteminin yeddinci versiyasında çıxarılmış “Activation Lock” funksiyası oğrularla mübarizədə əsas səbəbdir. Bu funksiya cihazdan istifadəyə, qurğudakı məlumatları silməyə imkan vermir. Beləliklə, smartfon bloka düşür və belə qurğunu satmaq çox çətindir.

Emil Hüseynov
 





12/02/15    Çap et