Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xoşbəxtlik ölçən cihaz təqdim edilib


“Hitachi” şirkətinin hazırladığı daşınan qurğu işə götürənlərə öz əməkdaşlarının emosional vəziyyətini öyrənməyə imkan verir. Xoşbəxtlik ölçən cihaz məlumatları “bulud” xidmətinə ötürən və sonuncuda təhlil aparılır. Əlində nəticəyə malik rəhbərlik əməkdaşlarının iş şərtləri haqda bu və ya digər qərarları qəbul edə bilər.

"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, qurğu, məsələn, konkret ofisdə işləyən əməkdaşların xoşbəxtliyini ölçmək üçün nəzərdə tutulub. Bundan ötrü onların hamısı xoşbəxtlik ölçən cihazı boynuna taxmalı və ya geyiminə bərkitməlidir. Cihaz bank kartı ölçüsü boydadır.

Ölçü cihazı akselerometrlə təchiz edilib: gəzmə, klaviaturada mətnin yığılması, insanın ayağa durması, oturması və başını yırğalaması daxil olmaqla müxtəlif tip hərəkətləri qeydə alır. Saniyədə 50 dəfə qeydiyyat aparılır. Əməkdaşlardan toplanılan belə məlumatlar “Hitachi”nin “bulud” xidmətinə ötürülür və orada emal edilir.

Əməkdaşın aktivlik və onun fizioloji parametrlərinin təhlili əsasında onun emosional vəziyyəti tərtib edilir. Qrupun rəhbəri “bulud” xidmətindən istifadə edə və əməkdaşlarının əhval-ruhiyyəsindən xəbərdar olar bilər.

Çoxsaylı tədqiqatlara əsasən, şirkətdə çalışan əməkdaşların məhsuldarlığı onların emosional vəziyyətindən asılıdır. Bu səbəbdən bəzi işə götürənlər əmək şəraitini yaxşılaşdırmaq üçün mütəmadi kollektivdə sorğular keçirirlər.

Bir qurğunun xidmətinin dəyəri ildə 100 min yen (təxminən 55 min dollar) təşkil edəcək.

Emil Hüseynov




12/02/15    Çap et