Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İstifadəçilərin mobil ödəmə vasitələrinə etibarı azalır


Rəyi soruşulmuşların 36 faizi bildirib ki, mobil ödəmə vasitələrinə etibar etmədiklərinə görə ondan istifadə etməyiblər.

"ICTnews" elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, kommersiya mobil xidmətləri ilə məşğul olan bir sıra böyük şirkətləri özündə birləşdirən “MEF” assosiasiyasının təşəbbüsü ilə keçirilmiş sorğuda 15 ölkədən 15 min mobil qurğu sahibi iştirak edib. Sorğuya əsasən, mobil ödəmə sistemlərinə etibar xeyli azalıb. İstifadəçilər hesab edir ki, belə sistemlər təhlükəlidir və onlar fərdi informasiyalarını proqramlara etibar etmək istəmirlər. Respondentlərin 72 faizi deyib ki, onlar məkan haqda məlumatı və kontakt siyahılarını proqramlara etibar etmək istəməzdilər.

ABŞ-da mobil ödəmə vasitələrinə daha az inam qeydə alınıb. Belə ki, 2013-cü ildə mobil ödəmə sistemlərinə etibar etməyən istifadəçilərin payı 26 faiz idisə, 2014-cü ildə bu göstərici 35 faizədək yüksəlib. Fərdi informasiyasını paylaşmaq istəməyən istifadəçilərin payı dünyada 65-dən 72 faizədək yüksəlib. Bu halda istifadəçilərin 69 faizi hesab edir ki, onlara məxsus mobil qurğuların köməyilə toplanmış məlumatlar, həmçinin onlara məxsus olmalıdır.

Emil Hüseynov




12/02/15    Çap et