Titan və timsah dərisindən “Vertu” (FOTO)
“Vertu” şirkəti Müqəddəs Valentin günü ərəfəsində yeni “Vertu Clous De Paris” smartfonunu hazırlayıb. Smartfon “Bang & Olufsen” şirkətinin texnologiyası sayəsində keyfiyyətli səslənməni təmin edir.
"ICTnews" elektron xəbər xidməti “ferra.ru” saytına istinadən bildirir ki, qurğu “Vertu Signature Touch” modeli əsasında hazırlanıb və standart modeldəki kimi xarakteristikalara malikdir. Aparat “Qualcomm Snapdragon 801” prosessoru, 64 QB daxili yaddaş, 1080p təsvir ölçülü 4,7 düymlük sensor ekran, sapfir şüşə, 13 meqapiksellik kamera və 2275 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib.
Qurğu dördüncü nəsil “LTE” mobil şəbəkəsində işləyir. “Vertu Clous De Paris” smartfonunun dəyəri 11800 funt-sterlinq (təxminən 18 min dollar) təşkil edir.
Emil Hüseynov