Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniyada ictimai nəqliyyatda sürücüsüz avtomobillərdən istifadə ediləcək


Böyük Britaniya avtomatik nəqliyyat sahəsində “Google”dan geri qalmağı düşünmür. Bu günlərdə Qrinviçdə yeni ictimai nəqliyyat növü (piyada zonaları üçün pilotsuz elektrik avtomobilləri) layihəsi təqdim edilib.

"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, Britaniyanın internet nəhənginə cavabı “Lutz Pathfinder” adlanır, bu avtomobilləri Koventridə yerləşdirilmiş “KV Griup” şirkəti hazırlayıb və istehsal edəcək. Artıq cari ildə “Autodrive” layihəsi çərçivəsində 40 sürücüsüz avtomobil Milton-Kins şəhərinin piyada zonalarında öz işinə başlayacaq.

Təxmin edilir ki, “Lutz Pathfinder” yerli ticarət mərkəzinin ziyarətçilərini, əlilləri daşıyacaq və ya sakinləri dəmiryolu vağzalına qədər gətirəcək. Smartfona quraşdırılmış tətbiqin köməyi ilə belə avtomobili çağırmaq mümkün olacaq.

Avtomobildə iki sərnişin əyləşə bilər, bu halda yük üçün yer qalır və maşın kompüter tərəfindən idarə olunur. Panorama kameraları, radar və lazer məsafəölçənləri daxil olmaqla 22 ötürücü naviqasiya üçün cavabdehdir. “Lutz Pathfinder” elektrik avtomobili avtonom təxminən 65 kilometr və ya 8 saat hərəkət edə bilər. Elektrik avtomobili saatda 24 km sürətlə hərəkət edə bilər.

Emil Hüseynov




13/02/15    Çap et