Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ötən ayda elektron arayış xidmətindən istifadə sayı 12 mini ötüb


Yanvar ayında ölkə vətəndaşları “Elektron hökumət” portalında istifadə olunan “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” e-xidmətindən 12318 dəfə yararlanıb.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu rəqəm “Elektron hökumət” bülleteninin fevral buraxılışında əksini tapıb.
 
Sözügedən elektron xidmətdən hazırda “Bank of Baku”, “Unibank” ASC, “Accessbank”, “Bakı Ticarət Bankı”, “Muğanbank” ASC, “Bank Respublika” ASC, “AGBank” ASC, “Rabitəbank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC, BOKT “İnkişaf üçün Maliyyə” MMC və BOKT “İdeal Kredit” MMC faydalanmaqdadır.
 
Qeyd edək ki, “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vətəndaşlardan ən çox tələb olunan arayışların asanlıqla elektron şəkildə əldə edilməsi məqsədi ilə yaradılıb. Adları qeyd olunan banklara və bank olmayan kredit təşkilatlarına müraciət edən zaman vətəndaş bu xidmətdən istifadə edərək onlayn rejimdə “Elektron hökumət” portalına daxil olub, kredit almaq və digər məsələlər üçün özünə aid fərdi məlumatlar üzrə elektron arayışı təqdim etmək imkanını əldə edir.
 
CAHANGİR
 




13/02/15    Çap et