“Elektron xidmətlər saytı”na yeni məlumat və bölmələrin əlavə edilməsi işləri davam etdirilir
Mədəniyyət və Turizm Nazirliyinin (MTN) “Elektron xidmətlər saytı”na yeni məlumat və bölmələrin əlavə edilməsi işləri davam etdirilir. Nazirlikdən bildirilib ki, sözügedən sayt 28 sentyabr 2012-ci il tarixdə işə salınıb. Buna baxmayaraq, Mədəniyyət və Turizm Nazirliyi də elektron xidmətlərini vahid portala - “
www.e-gov.az” – inteqrasiya etməyən qurumlar siyahısındadır.
“Elektron hökumət” portalının operatoru Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hər ay hazırlanan “Elektron hökumət” bülleteninin fevral sayında qeyd edilir ki, MTN-in təsdiq olunmuş xidmətlərinin sayı 17-dir.
Təqdim olunmuş elektron xidmətlərdən portalda olanların sayı 0-dır. Portalda yerləşdirilmiş elektron xidmətlərin ümumi sayı 0-a bərabərdir. Qurumların söz saytlarında yerləşdirilmiş elektron xidmətlərin ümumi say göstəricisi üzrə MTN-in qarşısında 5 rəqəmi qeyd edilib.
Təsdiq olunmuş xidmətlərdən MTN-in öz saytında olanların sayı isə 2-dir.
Həqiqət İSABALAYEVA