Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hansı mobil əməliyyat sistemi daha sabitdir?
Mobil tətbiqlərin işləməsi ilə bağlı statistikanı toplayan "Crittercism" şirkətinin hesabatına əsasən, "Apple iOS 8" ilə müqayisədə "Android 5.0 Lollipop" daha sabit əməliyyat sistemidir.
Şirkətin məlumatına görə, "Lollipop" platformasında 2 faiz hallarda nasazlıq qeydə alındığı halda "iOS 8" sistemində bu göstərici 2,2 faiz təşkil edir.
"ICTnews" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, əvvəllər "Apple"ın mobil əməliyyat sisteminin göstəricisi daha yaxşı idi. "Crittercism" şirkətinin məlumatına əsasən, "iOS 7" platformasında nasazlıqlar 1,9 faiz tezliklə qeydə alınıb, halbuki "Android" əməliyyat sisteminin "KitKat" versiyasında bu göstərici 2,6 faiz olub.
"Android Authority" yazır ki, nasazlıqlar bir çox səbəblə (əməliyyat sistemindəki problemlər, aparat təminatı ilə bağlı problemlər və sairə) bağlıdır. Şirkət öz hesabatında nasazlıqların səbəbini göstərməyib.
Bildirək ki, "Apple"ın mobil platformasının son versiyası "iOS 8" artıq şirkətin əməliyyat sistemi xəttində qeyri-sabit kimi tanınıb.
"Crittercism"in məlumatına əsasən, "iOS 8"-də proqramların nasazlıqları əvvəlki "iOS 7" ilə müqayisədə daha tez-tez baş verib.
Emil Hüseynov
13/02/15 Çap et