Avropa Parlamenti “Microsoft Outlook” mobil əlavəsindən istifadəni qadağan edib
Avropa Parlamentinin üzvləri yeni "Microsoft Outlook" mobil əlavəsindən istifadə etməməyi tövsiyə edir. Buna səbəb kimi yeni "Outlook" mobil əlavəsinin bir sıra çatışmazlıqlara malik olması və korporativ və şəxsi təhlükəsizlik tələblərinə cavab verməməsi göstərilir.
"IBM" şirkəti üçün mobil proqram təminatı tərtibatçısı Rene Vinkelmeyer bildirib ki, əlavə istifadəçinin razılığı olmadan və xəbərdarlıq etmədən fərdi məlumatları "bulud" saxlancında saxlayır ki, bu da qəbuledilməzdir.
Öz növbəsində Avropa Parlamenti "Microsoft" korporasiyasının səhvləri aradan qaldırmasını bəyan etməsinə baxmayaraq məsələ ilə bağlı müvafiq qərar çıxarıb. Qərarda istifadəçilərdən "Outlook" əlavəsinin mobil versiyasını quraşdırmamaq, artıq quraşdırıldığı halda dərhal əlavənin qurğunun yaddaşından silmək tələb olunur.
Viskonsi Universitetinin nümayəndələri də əlavə ilə bağlı narahatlıqlarını bildirərək onu serverdən ləğv ediblər. Mütəxəssislər həmçinin "Outlook" əlavəsindən istifadə edən 170 istifadəçidən parolları dəyişməyi xahiş ediblər, -
"SecurityLab" yazır.