Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya Bankı Azərbaycanda poçt sisteminin modernləşdirilməsi üçün təkliflərini verib


Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Dünya Bankının Bakı ofisinin rəhbəri Larisa Lesçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazir Əli Abbasovun iştirakı ilə keçirilən görüşdə hazırda yerinə yetirilən layihələrin icra vəziyyəti müzakirə edilib, DB ilə gələcək əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.
 
 
Azərbaycanda poçt sisteminin modernləşdirilməsi üçün təkliflərini verən Dünya Bankının nümayəndələri “Azərpoçt” MMC, AMB, RYTN və digər maraqlı tərəflər, həmçinin İsveçrənin İqtisadi əlaqələr üzrə Dövlət Katibliyi (SECO) ilə davamlı əməkdaşlıq sahələrinin  mümkün  istiqamətləri barədə məlumat veriblər.
 
Qeyd edilib ki, “Azərpoçt” MMC-nin fəaliyyət və maliyyə dayanıqlığına dəstək məqsədilə Dünya Bankı və SECO ilə təklif olunan yeni tərəfdaşlıq  3 komponentdən ibarətdir. Birinci komponent üzrə  korporativ restrukturizasiya, müasir əməliyyat və maliyyə xidmətlərinin inkişafı,  ikinci komponent üzrə  rebrendinq, texnoloji inkişaf və optimallaşdırılma, üçüncü komponent üzrə isə kiçik və orta biznes strukturları  üçün pilot kredit xəttinin açılması nəzərdə tutulur.
 
 
Sözügedən təkliflərin baxılması üçün RYTN tərəfindən Azərbaycan hökumətinə  təqdim edilməsi, təkliflərə münasibət bildirildikdən sonra isə müzakirələrin davam etdirilməsi qərara alınıb.
 




13/02/15    Çap et