Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Viber” messenceri istifadəçilərinin sayı 236 milyona çatıb


Ötən ilin əvvəlində sözügedən xidməti satın almış Yaponiyanın “Rakuten” şirkətinin hesabatına əsasən, son 3 ayda “Viber” mobil messenceri istifadəçilərinin sayı 15 faiz artaraq 236 milyona çatıb.
 
Şirkətdən bildirilib ki, 236 milyon nəfər yalnız qeydiyyatdan keçmiş istifadəçilərin sayı deyil, həm də xidmətdən aktiv istifadə edənlərin sayıdır. Ümumilikdə “Viber” messencerində 516 milyon insan qeydiyyatdan keçib.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Viber” 2010-cu ildə İsrail vətəndaşı Talmon Marko və 1991-ci ildə Nijniy-Novqoroddan İsrailə gəlmiş İqor Maqazinnik tərəfindən yaradılıb. İlk vaxtlar layihə onlar və tərəfdaşları tərəfindən maliyyələşdirilib, amma 2014-cü ilin əvvəlində tərəfdaşlar “Viber”i Yaponiyanın “Rakuten” şirkətinə 900 milyon dollara satıblar.
 
“Viber” istifadəçilərə mesajlaşmağa və zəng etməyə imkan verir.
 
Emil Hüseynov




14/02/15    Çap et