Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” servislərinin təhlükəsizliyini artırır
“Apple” şirkəti “FaceTime” və “iMessage” servislərini təhlükəsizlik və funksional nöqteyi-nəzərindən təkmilləşdirib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “FaceTime” servisinin təhlükəsizliyi və onun video-səsli və multimedialı çatını daha da mükəmməl edib. Servis ikitərəfli autentifikasiyanı istifadəçiləri üçün bir opsiya kimi təqdim edib, bu isə deməkdir ki, “Apple ID”-ni e-mail və parolu qurğuda “FaceTime” və ya “Imessage” servislərini işə salmaq üçün onlara əlavə olaraq mövcud olan etibarlı qurğunun PİN-i tələb olunacaq.
Qurğular üçün əlavə mühafizə səviyyəsi “iMessage” yaddaşından şəxsi şəkillərin oğurlanmayacağına və ya onlayn yazışmalara qoşula bilməyəcəyinə zəmanət vermək üçün lazımdır.
Aynur Vəliyeva
14/02/15 Çap et