Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ekran və kamerasız smartfon gözlənildiyindən daha populyar olub
Ötən ilin payızında “NoPhone” startapının yaradıcıları telefon asılılığı ilə mübarizə aparmağa imkan verən qurğu üçün vəsait toplamağa nail oldular. Şirkətin nümayəndəsi bildirib ki, ekrana, kameraya, “Bluetooth” moduluna malik olmayan telefon gözlənildiyindən daha populyar olub.
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “NoPhone” görünüşcə adi smartfonu xatırladan, amma elektron içliksiz plastikdir. "Aparat"ın ölçüləri 140x67x7,3 mm, çəkisi 100 qram təşkil edir. Yaradıcıların fikrincə, cihaz smartfonu əvəz edir və bu halda “aparat” sahibini real dünyadan ayırmır.
“NoPhone”un satışı o qədər uğurlu olub ki, şirkət Nyu-Yorkda ofis açmağa və internet mağaza işə salmaqla bağlı qərar qəbul edib.
"Smartfonlardan asılılıq hər yerdə sizi izləyir. “NoPhone” – bu problemin həllidir" – layihənin yaradıcıları vurğulayıb.
Emil Hüseynov
16/02/15 Çap et