Məlum olduğu kimi, Şirvanda Qafqaz regionunda analoqu olmayan müştəri xidmətləri mərkəzi yaradılıb.
“Azərpoçt” MMC-dən verilən məlumata görə, bununla əlaqədar olaraq, fevralın 13-də Bakıda səfərdə olan Dünya Bankının və Hollandiyanın “Guydyon” şirkətinin nümayəndələri Şirvan regional poçt filialına gedərək görülmüş işlərlə tanış olub.
Yeni yaradılan xidmət mərkəzində bank - maliyyə xidmətləri ilə yanaşı, poçt xidmətləri - məktub, bağlama və banderolların, teleqramların, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pulköçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətləri həyata keçirilir.
Bununla yanaşı, poçt rabitəsi sahəsində ilk dəfə olaraq müştəri xidmətləri şöbəsində valideynləri ilə gələn uşaqlar üçün istirahət guşəsi yaradılıb.
CAHANGİR