Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın İKT sektorunda ötən ay ərzində 134 milyon manata yaxın xidmət göstərilib


Azərbaycanın informasiya və rabitə sektorunda bu ilin yanvar ayında təsərrüfat subyektlərinə və əhaliyə 133,6 milyon manatlıq xidmət göstərilib.
 

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin  müqayisəli qiymətlərlə həcmi 13,9 faiz artıb.

 
Ölkədə əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,2 faizə bərabər olub.
 

Hesabat dövründə əldə olunmuş gəlirlərin ümumi həcmindən 52, 5 faiz  mobil rabitə xidmətlərinin payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mobil rabitə xidmətlərindən əldə edilmiş gəlirlərin həcmi 3,5 faiz artaraq 70,2 milyon manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində təsərrüfat subyektlərinə və əhaliyə 1,6 milyard manatlıq xidmət göstərilib, onların 56,5 faizi mobil rabitə xidmətlərinin payına düşüb.

 
Aynur Vəliyeva  
 





17/02/15    Çap et